Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin şərəfli adına layiq konfrans

06 may 2014 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük dəyər verdiyi, mübarək səfərləri ilə şərəfləndirdiyi İsmayıllı onun anadan olmasının 91-ci ildönümü ilə əlaqədar forma və məzmunca fərqlənən tədbirlər həyata keçirir. Bu tədbirlər bütün yaşayış məntəqələrini, təhsil müəssisələrini, dövlət gənclər və idman siyasətini, qadın siyasətini, sosial-iqtisadi inkişafın bütün istiqamətlərini əhatə edir.
   Belə maraqlı tədbirlərdən biri də may ayının 5-də İsmayıllı Rayon İcra Hakimiyyətinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə keçirdiyi elmi-praktiki konfrans olmuşdur. Öncə ümummilli liderin  abidəsi önünə gül dəstələri qoyulmuşdur.
  Konfrans RİH-nin başçısı, professor Mirdaməd Sadıqov “Heydər Əliyevin dövlətçilik ideyalarının təntənəsi” mövzusunda çıxışla açmışdır.
   Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Bəhruz Abdullayev “Heydər Əliyevin sülh strategiyası”, Azərbaycan  tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov “Heydər Əliyev Azərbaycan  tarixinin aktual problemləri haqqında” məruzə etmişlər. Dosent Rafiq Bəşirov “Heydər Əliyev və Azərbaycanda bank sisteminin inkişaf”ından danışmışdır.
    Millət Vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanovun, Yeniyol kənd tam orta məktəbinin müəllimi Aysel Bağıyevanın çıxışları dinlənilmişdir. A.Bağıyeva ümummilli liderin İsmayıllıya göstərdiyi qayğı və diqqətdən, regionlara Heydər Əliyev münasibətinin cənab Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla, yüksəliş ruhu ilə davam etdirilməsindən danışmışdır.
   Konfrans iştirakçılarına Rayon İcra Hakimiyyətinin 2013-cü ildə Heydər Əliyevin 90 illiyinə nəşr etdirdiyi “Mübarək səfərlər, səmimi görüşlər” kitabı hədiyyə edilmişdir.

Keçidlər