5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonumuzun atletləri ilə görüş
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı rayonun atletika idman növü üzrə yüksək nailiyyətlər qazanmış idmançıları ilə görüş keçirib. Görüş zamanı onların qazandıqları uğurlar, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri və gələcək hədəfləri ətrafında fikir mübadiləsi aparılıb.
Milli komandanın üzvləri olan idmançılarımız:
Şamxal Həsənzadə – uzunluğa tullanma üzrə U16 və U18 kateqoriyalarında 3 qat ölkə çempionu, Asiya Oyunlarının IV iştirakçısı;
Mehdi Abaszadə – qısa məsafələrə qaçış üzrə U16 və U18 6 qat ölkə çempionu, Asiya Oyunlarında 200 metr məsafədə bürünc medalçı;
Zəhra Şiraliyeva – orta və uzaq məsafələrə qaçış üzrə U16 və U18 7 qat ölkə çempionu;
Xatirə Hidayətzadə – kross qaçışı üzrə 3 qat ölkə çempionu;
Rəqsanə Atalı – U16 kateqoriyasında uzunluğa tullanma və nüvə itələmə üzrə bürünc medalçı.
Gənclərimizin hər bir uğuru rayonumuzun idman potensialının və sağlam gələcəyinin göstəricisidir. Onların əzmi və zəhməti xüsusi təqdirəlayiqdir.
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə, Bənövşə müəlliməyə və bütün məşqçi-müəllimlərə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.






