5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllıda təhsil ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Şəhər 4 saylı məktəbdə davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ərazilərimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib. “Mən müəllimdən yüksək ad tanımıram” söyləyən Ümummilli Liderin müəllimlik peşəsini ən şərəfli peşə hesab etdiyini vurğulayb.
Heydər Əliyev İli ilə əlaqədar bu ilki tədbirin keçirilməsinin xüsusi önəmi olduğunu qeyd edərək təhsil sahəsində Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev və Birinci- vitse prezident Mehriban xanım Əliyeva tərəfindən böyük qətiyyət və uğurla davam etdirildiyini qeyd edib. Hazırda tədbirin keçirildiyi yeni istifadəyə verilmiş 4 saylı təm orta məktəbin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
İsmayıllı təhsilinin uğurlarına toxunan Sevil Əhmədova əldə olunan yüksək nəticələrə görə müəllimlərə öz təşəkkürünü bildirib.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov Ümummilli Lider Heydər Əliyevin müəllimə verdiyi yüksək dəyərdən danışıb, tədbir təşkilatçılarına minnətdarlığını bildirib.
Çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən dövlət qayğısına görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə pedaqoji fəaliyyəti dövründə uğur əldə etmiş bir qrup müəllimə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib. Tədbir şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya ilə davam etdirilib.
Sonda xatirə şəkli çəkilib.