İsmayıllı rayonunda Novruz bayramı tədbiri keçirildi
12 mart 2013-cü il tarixdə İsmayıllı rayonunda Novruz bayramı tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov, idarə, müəssisə və təşkilatların, ümumtəhsil məktəblərinin kollektivləri, rayonda fəaliyyət göstərən ictimai birliklərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 3500-dən çox İsmayıllı sakini iştirak edirdi.
RİH-nin başçısı Mirdaməd Sadıqov Novruz bayramı münasibətilə rayon sakinlərini, şənlik iştirakçılarını təbrik etmiş, İsmayıllının tərəqqisi və inkişafı naminə hamını birgə fəaliyyətə çağıraraq bildirdi ki, Ismayıllı bu ağır və çətin vəziyyətdən tezliklə çıxacaq və inkişaf etmiş rayonlar sırasına qoşulacaqdır.
Tədbir geniş və rəngarəng konsert proqramı ilə davam etdirildi. Lahıc, Basqal, Mollaisaqlı, Hacıhətəmli, Qurbanəfəndi, İvanovka folklor qruplarının çıxışları daha maraqla qarşılandı. Təşkil olunmuş sərgidə Lahıc, Basqal sənətkarlarının, Heydər Əliyev Mərkəzində və uşaq yaradıcılıq mərkəzində fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri nümayiş olundu. Incəsənət məktəbinin musiqi və rəqs qruplarının “Niyal” ansamblının, Keçəl və Kosanın, kəndirbazların, idmançıların çıxışları daha çox diqqəti cəlb etdi.
Fərqlənənlərə mükafatlar, RİH başçısı tərəfindən kompüter dəstləri hədiyyə olundu.
Bayram günü təşkil olunmuş satış yarmarkası, imkansız ailələrə verilən bayram hədiyyələri əhali tərəfindən razılıqla qarşılandı.
Ismayıllıda böyük bir bayram təntənəsi yaşandı.