Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdmaşı kəndində Ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

07 may 2014 | 15:00

06 aprel 2014-cü il tarixdə Kürdmaşı İnzibati Ərazi Dairəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar məktəb, icra nümayəndəliyi və bələdiyyənin birgə tədbiri keçirilmişdir. Tədbirdə kənd sakinləri, vaxtilə ümummilli liderlə görüşmüş insanlar, məktəbli gənclər iştirak etmişdir.
Məktəbin müəllimi Sənubər Qasımova 1981-ci ildə Kürdmaşı kəndində ümummilli liderlə olan görüşündən danışmış, xatirələrini söyləmişdir. Kürdmaşı məktəbinin direktoru Hafiz Mehdiyev çıxışında ümummilli liderin kənd sakinlərinə göstərdiyi qayğı və diqqətdən danışmış, gənclərə yüksək qiymət verdiyini vurğulamışdır.
Sakinlər R.Nəbiyev, L.Şirinova və başqaları ulu öndərlə bağlı xatirələrini söyləmiş, onun əbədiyaşar lider olduğunu diqqətə çatdırmışlar.

Keçidlər