Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsi veteranı ilə görüş keçirildi.

09 may 2014 | 15:00

8  may 2014 –cü il tarixdə İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdləri Böyük Vətən müharibəsi veteranı  Məsimov Səttar Hacıbaba oğlunun  görüşünə gedərək , onu  Qələbə bayramı  münasibəti ilə təbrik etdilər. Çox səmimi  qarşılanan  müəllimlər və  şagirdlər onun müharibə illərinə aid xatirələrini  dinlədilər. Görüşdə məktəbin tədris işləri ilə direktor müavini Gülxar Məmmədova, müəllimlərdən Zamin Allahverdiyev, tərbiyəvi işləri üzrə direktor müavini Gilas Musayeva iştirak edirdilər. G.Musayeva məktəbimizdə aparılan hərbi vətənpərvərlik işlərindən söhbət açdı. O, bugünkü nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin  vacibliyini qeyd etdi.
    1941-ci ildə   alman  faşist işgalçıları qəflətən,  xaincəsinə vətənimizə hücum edərkən SSRİ məkanında yaşayan bütün xalqlar öz igid ogul və qızlarını cəbhəyə göndərdilər. Xalqın bir devizi var idi. “Hər şey vətən üçün, hər şey qələbə üçün”. Alman faşizmi üzərində qələbəmizdən artıq  69 il keçir. Həmin illərin xatirələrini özündə yaşadan veteran döyüşçülərimizdən  bu gün  həyatda olanlar  vardır. Biz onları həmişə sevməli ,görüşlərinə getməliyik .Bu bizim mənəvi  borcumuzdur. Çünki o böyük qələbənin iştirakçıları yenə ürəklərində vətən eşqi, xalq məhəbbəti  daşıyırlar. Veteran döyüşçü bu gün onlara göstərilən dövlət qayğısından, hörmətli Prezidentimiz İlham Əliyevin bu sahədə apardığı işlərdən çox razı qaldığını bildirdi. Ona öz ailə üzvləri adından təşəkkür etdi. Şagirdlər söhbətə qoşularaq bu gün erməni işğalı altında olan  torpaqlarımızın azad olacağı günü də səbirsizliklə gözlədiklərini qeyd etdilər.

Keçidlər