Şriftin ölçüsü :

Saytın rəngi :

Velosiped zavodunun tikintisinə baxış keçirildi

10 may 2014 | 15:00

İsmayıllı rayonunda Respublika Velosiped  Fedarasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa  Velosiped  Federasiyasının nümayəndəsi Roland Hofer, Bolqarıstan velosiped  istehsalı  ilə  məşğul  olan  zavodun direktoru Draqomir Ruzov və  rayon  ictimayətinin nümayəndələrinin  iştirakı  ilə  ölkəmizdə ilk velosiped  zavodunun  tikintisinə  baxış  keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hazırkı mərhələdə qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, regionlarda sənaye potensialının gücləndirilməsinin zəruri olduğunu bildirib. Respublika Velosiped  Fedarasiyasının vitse-prezidenti Sahib Ələkbərov son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanıldığını bildirib. O qeyd edib ki, bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Zavodun  tikintisi  ilə  tanışlıq  zamanı  işlərin  ahəngdar   və  standartlara  uyğun  aparıldığı  bildirilib. Zavod  istifadəyə  verildikdən  sonra  il ərzində  30  min  ədəd  idman, uşaq  və  şəhər  tipli  velosiped  istehsal  etmək  gücünə  malik  olacağı qeyd edilib. 5 hektar  ərazidə  inşa  olunan  zavodda 95  nəfər  işlə  təmin  olunacaq. Təcürbə toplamaq məqsədilə bir  qrup  gəncin  Bolqarıstan  velosiped  zavoduna  ezam  olunacağı nəzərdə tutulur. Bu  ilin  sonuna  kimi  zavodun  tikintisinin  başa  çatdırılması planlaşdırılır.

Keçidlər