Bir daha inandılar ki, Şuşaya qayıdacaqlar
08 may 2014 | 15:00
May ayının 7-də Təhsil şöbəsinin akt zalında Şuşanın işğalı gününün bir daha yaddaşlarda möhkəmləndirilməsi, insanların döyüş ruhunun güclənməsi məqsədilə həmin rayondan olan məcburi köçkünlərlə rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin görüşü keçirildi. 120 nəfərin iştirak etdiyi tədbirdə əvvəlcə Şuşaya həsr olunmuş film göstərildi. Şuşalılar çıxışlarında göstərilən diqqət və qayğıya görə dövlətə, cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. İştirakçılar bir daha ümidli oldular ki, onlar Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi, qələbəyə aparan siyasəti ilə qədim Şuşaya qayıdacaqlar.