Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağı tanıyıram”

26 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Qarabağ Mərkəzinin təşkilati dəstəyi ilə gənclər arasında “Qarabağı tanıyıram” adlı araşdırma müsabiqəsi  keçirilmişdir.. Qarabağ haqqında ən yaxşı araşdırma aparan, onun tarixi, ərazisi, mədəniyyəti haqqında ətraflı məlumat hazırlayan gənclər bu müsabiqədə qalib olmaq uğrunda mübarizə aparamışlar.
Aprel ayının 25-də BDU-da bu müsabiqəyə aid tədbir keçirildi. Bu tədbirdə araşdırmalara baxış keçirmiş tarixçi ekspertlər, layihə rəhbəri Zaur Abdullayev , müsabiqədə iştirak edən gənclər və BDU tarix fakültəsinin yuxarı kurs tələbələri iştirak edirdi. Tədbirdə müsabiqənin qalibi elan olunan İsmayıllı şəhər 3 saylı tam orta məktəbin laborantı, BDU-nun qiyabi tələbəsi Pərvin Mahmudovaya  iPad və qalib diplomu, fərqlənən digər araşdırma müəlliflərinə isə diplomlar təqdim edildi. Müəllifi Pərvin Mahmudova olan “Qarabağı Tanıyaram” adı kitabça tədbirdə iştirak edən tələbələrə paylandı.

Keçidlər