Şriftin ölçüsü :

Saytın rəngi :

Əfqanıstan veteranlarına xatirə medalları təqdim olundu

30 may 2014 | 15:00

May ayının 29-da İsmayıllıda Heydər Əliyev Mərkəzində sabiq Sovet İttifaqı və Əfqanıstan müharibəsinin qurtarmasının 25-ci ildönümü ilə əlaqədar müharibə veteranlarına xatirə medallarının təqdimi mərasimi keçirildi.
Mərasimi giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açdı və Əfqanıstan müharibəsində Azərbaycandan 7500 döyüşçünün  iştirak etdiyini, onlardan 208 nəfərinin həlak olduğunu, 6 nəfərinin itkin  düşdüyünü, 400 nəfərdən çoxunun isə əlil olduğunu bildirdi. Bu il müharibənin bitməsinin 25-ci ilinin tamam olduğunu və bu münasibətlə Əfqanıstan döyüşçülərinə xatirə medalları təqdim olunacağını söylədi.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov məruzə ilə çıxış etdi, Əfqanıstan müharibəsinin faciələri  barədə danışdı. Rayondan 90 nəfərin bu müharibədə iştirak etdiyini, onlardan 5 nəfərinin həlak olduğunu, 4 nəfərin əlil olduğunu diqqətə çatdırdı.
Sonra 73 nəfər Əfqanıstan veteranına xatirə medalları təqdim olundu.
Əfqanıstan döyüşçülərindən Çingiz Məmmədov, Nadir Eyvazov, rayon Veteranlar şurasının sədri Abduləli Əliyev, Qarabağ müharibəsi veteranı Kamil Dadaşov çıxış edərək mübariz Əfqan döyüşçülərindən 4500 nəfərin Qarabağ torpaqları uğrunda döyüşlərdə  iştirak etdiyini, 76 nəfərinin şəhid, 45 nəfərinin əlil olduğunu, 6 nəfərin isə itkin düşdüyünü bildirdilər.
Mərasimdə vurğulandı ki, digər kateqoriyadan olan veteranlar kimi Əfqanıstan döyüşçülərinə də ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən böyük qayğı göstərilir, dövlətimiz bütün sahələrdə onlara yardımçıdır.

Keçidlər