Xidmət sahəsi üzrə təlim-tədris kursları keçirilmişdir
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi regionlarda apardığı monitorinqlərin nəticəsinə uyğun olaraq mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilməyə başlayıb.
Belə ki, cari ilin 25 may-04 iyun tarixlərində İsmayıllı rayonunda şimal-qərb regionu üçün xidmət sahəsi üzrə təlim-tədris kursları keçirilmişdir.Təlim-tədris kurslarında əsasən 4 sahə - “Mehmanxana idarəçiliyi”, “Qeyd-qəbul”, “Xadiməçilik” və “Masa xidməti” ixtisasları üzrə dərslər tədris edilmişdir.
Kurs başa çatdıqdan sonra müdavimlərə sertifikatlar verilmişdir. Bu məqsədlə keçirilən toplantıda Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Türkiyə Səfirinin Kültür və Tanıtım müşaviri Seyit Ahmet Aslan, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Cəfər Qarayev, İsmayıllı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov da iştirak etmişlər.
RİHB müavini Sevil Əhmədova qonaqları salamlamış, onlara işlərində uğurlar arzulamışdır. İsmayıllı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov bu kimi layihələrin gələcəkdə də davamlı olmasını Türkiyə səfirliyinin nümayəndəsindən xahiş etmişdir.
Türkiyə Səfirinin Kültür və Tanıtım müşaviri Seyit Ahmet Aslan görülən bütün tədbirlərə görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova öz minnətdarlığını bildirmiş, iki ölkə arasında gözəl əməkdaşlığın bundan sonra da genişlənəcəyini bildirmişdir.
Sonda sertifikatlar almış müdavimlərlə xatirə şəkilləri çəkildi.