Ailə yarışmasında üçüncü yer
Qurbanəfəndi bələdiyyəsinin sədri Kamil Allahverdiyevin ailəsi bu günlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi “Atam, anam və mən” turist ailəsi yarışmasında iştirak etmişdir. Yarışma Xaçmaz rayonunun Nabran qəsəbəsindəki turizm-istirahət mərkəzində keçirilmişdir. Maraqlı, iştirakçıların fəallığı ilə zəngin olan Respublika ailə yarışmasında Allahverdiyevlər ailəsi nümunəvi nəticələr göstərmiş, üçüncü yeri tutmuş və diplomla mükafatlandırılmışdır.
Kamil Allahverdiyevin ziyalılığı ilə seçilən ailəsi rayonun sosial və idman həyatında fəal iştirak edir. Növbəti müvəffəqiyyət – ailə yarışmasında Respublika üzrə üçüncü yeri tutduğuna görə Allahverdiyevlər ailəsini təbrik edir, ona yeni uğurlar arzulayırıq.