Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəb kollektivi ilə səmimi və işgüzar görüş

11 iyun 2014 | 15:00

Növbəti dərs ilinin başa çatması və buraxılış imtahanları ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri ilə görüşlər keçirir.
             İyun ayının 10-da belə görüşlərdən biri İsrayıl Həsənov adına İsmayıllı şəhər 1saylı tam orta məktəbdə reallaşdı. Məktəbin akt zalında keçirilən görüşə 150-dən çox müəllim və pedaqoji işçi toplaşmışdı.
M.Sadıqov dərs ilinin başa çatması və qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə müəllimləri rəbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
        Rayon rəhbəri təhsilimizin qarşısında duran vacib məsələlər, rayonda təhsilin inkişafı istiqamətində görüləcək işlər, yaranmış problemlər barədə məlumat verdi. Qeyd etdi ki, 2014-cü il İsmayıllıda Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə innovasiyalar ili elan edilmişdir. İKT-nin tətbiqi baxımından rayonda müəyyən işlərin görüldüyü qeyd edildi. Lakin bunların hələ kifayətləndirici olmadığı diqqətə çatdırıldı.
        M.Sadıqov yeni düşüncə tərzinin rayona gətiriləcəyini, bu sahədə gənclərin qüvvəsindən daha çox istifadəyə veriləcəyini bildirdi.
          Görülən işlər, onun inkişaf prespektivləri barədə məlumat verən RİH başçısı qeyd etdi ki, rayonumuzu sivil, müasir, sərbəst bir məkana çevirmək üçün müəllimlərin köməyinə  daha çox  ehtiyac var. İctimaiyyətin avanqard dəstəsi olan müəllimlər biganəliyi, laqeydliyi kənara qoymalı, əsl vətəndaş mövqeyində durmalıdırlar.
        Rayon İcra Hakimiyyəti başçısı yay tətili müddətində ümumtəhsil müəssisələri tərəfindən “Yay məktəbi”nin təşkili və yay istirahəti dövründə uşaqlara xarici dillərin öyrədilməsini tovsiyə etdi. Məktəbin bir qrup müəllimi təkliflərlə çıxış edərək, həyata keçirdikləri layihələr barədə məlumat verdi.                       Görüşdə dərslik müəllifləri ilə görüşlərin təşkili, inkişaf etmiş ölkələrlə təhsil əlaqələrinin, təcrübə mübadilələrinin qurulması, məktəblərdə istirahət guşələrinin yaradılması, xarici dillərin öyrədilməsi yollarının təkmilləşdirilməsi, ekoloji məsələlərin şagirdlərə dərindən öyrədilməsi və s. kimi məsələlərə toxunuldu.
       Sonda məktəbin direktoru Ş.Rəsulov səmimi və işgüzar görüşə görə RİH-nin başçısı cənab Mirdaməd Sadıqova öz minnətdarlığını bildirdi. Yeni dərs ilinə daha ciddi hazırlaşacaqlarını diqqətə çatdırdı.

Keçidlər