Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda əmək yarmarkası keçirildi

18 mart 2013 | 16:00

Martın 17-də rayon Mədəniyyət Mərkəzində  əmək yarmarkası keçirildi. Bu məqsədlə Mədəniyyət Mərkəzində  müəyyən hazırlıq işləri görülmüşdür. Foyedə iş təklif edən təşkilatların adları yazılmış stollar qoyulmuşdu. Buradakı iri lövhəyə tələb olunan ixtisaslar haqqında məlumatlar vurulmuşdu. Həmin gün 400 iş yeri təklif olunmuşdu.
Yarmarka başlamazdan əvvəl  Mədəniyyət Mərkəzinin qarşısında xeyli adam toplaşmışdı. Əvvəlcə  hansı təşkilata hansı ixtisaslar üzrə mütəxəssislər lazım olduğunu bildirən siyahı oxundu. Hərə özünə lazım olan işə qəbul üçün müvafiq təşkilatın stoluna yaxınlaşır və sənədləşmə aparılır. Onu da qeyd edək ki, iş  üçün  müraciət edənlərin  böyük əksəriyyəti gənclər idi. Onların arasında xeyli qız və gənc qadın da vardı.
Yarmarkanın  sonunda  186 nəfər  işlə təmin olundu.

Keçidlər