Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşayış yerindən asılı olmayaraq hamı dövlət qayğısı əhatəsindədir

11 iyun 2014 | 15:00

Təzəkənd İnzibati Ərazi dairəsinə daxil olan Köhnədaxar kəndinə gedən yol leysan yağışlardan və şiddətli doludan sonra keçilməz olub. Eyni vəziyyət kəndin üç istiqamətində yaranıb. Uzun illərdir ki, məktəb ləğv edilib. Uşaqlar 4 kilometrlik dərə-təpə yollardan keçib Gəndov kənd ümumi orta məktəbinə gedirlər. Elektrik dirəkləri çürüyüb sıradan çıxır. Enerji təminatında fasilələr yaranır.
   Bütün bu nöqsan və problemləri  kənd sakinlərindən daha yaxşı görən Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təcili və perspektivdə həll olunmalı tədbirləri, onların icra yollarının müəyyənləşdirib.
    10 iyun 2014-cü il tarixdə RİH başçısının  birinci müavini Rövşən Ağayevin  rəhbərliyi ilə bir qrup aid struktur rəhbərləri Köhnədaxara gedib, görüləcək işləri dəqiqləşdiriblər. 11 iyunda kənddə seldən sonra yaranmış dağıntı və keçilməzliyi aradan qaldırmaq üçün suvarma sistemləri idarəsinin ekskavatoru səhər saatlarında buraya göndərilmişdir. Ekskavatorçu kəndə çatan kimi işə başladı.
    Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov balansda olmayan köhnə məktəb binasını yararlı hala gətirmək məqsədilə təmir üçün nöqsan aktı tərtib etdi. Kənd sakinlərinə ibtidai təhsil alan uşaqlar üçün bir sinif komplektinin açılacağını bildirdi. Rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Əlağa Bədəlov və 10 saylı Yol İstismarı idarəsinin rəisi Məhəmməd Musayev öz sahələri üzrə aldıqları tapşırıqları yerinə yetirməyə başlamışlar.
Ən ucqar kənddə yaşayanlar belə bir daha yəqin etdilər ki, bütün ölkə  vətəndaşları Azərbaycan dövlətinin, Respublika Prezidenti cənab İlham Əliyevin qayğısı ilə əhatə olunublar.

Keçidlər