“İnsan hüquq və azadlıqlarının qorunması yolları”
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamla təsdiq etdiyi “Milli fəaliyyət proqramı”na uyğun olaraq ölkədə, o cümlədən hər bir bölgədə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. 18 may, 18 iyun müddətində insan hüquqları aylığında bu tədbirlər daha intensiv xarakter alır. 11 iyun 2014-cü il tarixdə RİH-nin keçirdiyi “İnsan hüquq və azadlıqlarının qorunması yolları” mövzusunda tədbir RTŞ-nın iclas zalında keçirildi.
Tədbiri RİH başçısının müavini Sevil Əhmədova giriş sözü ilə açdı.
Sonra bir neçə çıxışlar dinlənildi. Belə ki, “İnsan hüquq və azadlıqlarının qorunması yolları” mövzusunda rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Xətai Abbasov, “Cinayət qanunvericiliyində insan hüquqları” mövzusunda rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Rasim Məmmədov, “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi sahəsində hüquq pozuntularının qarşısının alınması yolları” mövzusunda rayon prokurorluğunun müstəntiqi İlkin Mustafayev, “Erkən nikah və onun ağır nəticələri mövzusunda“ rayon məhkəməsinin baş məsləhətçisi Vüqar Əhmədov çıxış etdilər.
Tədbir iştirakçılarından olan Ailə və Uşaqlara dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, Statistika idarəsinin rəisi Əziz Əzizov fikir və təkliflərini söylədilər.
Sonda RİH başçısının müavini Sevil Əhmədova qarşıdan gələn 15 iyun Milli Qurtuluş günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.