Milli Qurtuluş gününə həsr olunmuş tədbir
15 iyun- Milli Qurtuluş günü İsmayıllıda formaca müxtəlif, məzmunca zəngin tədbirlərlə qeyd olunur. Yorulmaz fəaliyyəti və cəsarətli siyasəti ilə xalqımıza nicat gətirmiş, ölkəmizi Beynəlxalq arenada tanıtmış ümummilli liderimiz Heydər Əliyevin şərəfli adına layiq işlər görülür.
Qurtuluş günü ərəfəsində kərpic zavodu istifadəyə verilmiş, 4 küçənin asfaltlaşdırılması başa çatdırılmış, mərkəzi xəstəxananın əsaslı təmiri yekunlaşdırılmış, Pilot Məşğulluq Mərkəzi açılmış, müasirləşdirilmiş “Qala” şadlıq sarayında ilk toy edilmiş, Göytəpə-Qalınçaq-Ruşan yolunun çəkilişi sürətləndirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tam orta məktəblərin pedaqoji kollektivləri ilə görüşür, ümummilli liderimiz Heydər Əliyevin xilaskarlıq fəaliyyətindən, Qurtuluş gününün Azərbaycana bəxş etdiyi bəhrələrdən ətraflı danışır, cənab Prezident İlham Əliyevin ulu öndərin müəyyən etdiyi yüksəliş yollarından zəngin faktlar əsasında nitq söyləyir. Həm də dərs ilinin yekunları, mövcud problemlərlə tanış olur.
13 iyun 2014-cü il tarixdə “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi də Milli Qurtuluş gününə həsr edilmişdi.
İştirakçılar əvvəlcə ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuş, sonra Heydər Əliyev Mərkəzinə getmişlər. Burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən şəkillərlə, sənədlərlə tanış olmuş, sonra Qurtuluş gününə həsr olunmuş filmə baxmışlar.
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsinin davamında rayon prokuroru Rahib Seyidov “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın xilaskarıdır” mövzusunda nitq söyləmiş, YAP rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev, 5 saylı tam orta məktəbin müəllimi Elnarə Muradəliyeva və Cülyan kənd tam orta məktəbinin müəllimi İxtiyar Şabanov çıxış etmişlər.
Bütün elmi nailiyyətlərini və səmərəli fəaliyyətini Heydər Əliyevin qayğısının təntənəsi hesab edən RİH-nin başçısı Mirdaməd Sadıqovun çıxışı diqqət və rəğbətlə qarşılanmışdır.
Foyedə ümummilli lider Heydər Əliyevə həsr olunmuş şer və mahnılar ifa olunmuşdur.
İnsanlar sevinərək, yeni bir bayram təntənəsi yaşamışlar.