Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş açıq rayon birinciliyi

16 iyun 2014 | 15:00

15 iyun 2014-cü il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş Su-do və Çoxmübarizəli İdman Döyüş Növləri üzrə açıq rayon birinciliyi  keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov çıxış edərək qonaqları salamladı, 15 iyun – Milli Qurtuluş günü münasibətilə yarış iştirakçılarını təbrik etdi və hər birinə uğur arzuladı.
15 çəki dərəcəsində 6 rayondan 132 nəfər idmançının qüvvəsini sınadığı yarışda  hər çəki dərəcəsində 3 nəfər  qalib olaraq birinci, ikinci və üçüncü  yerlərə layiq görüldülər.
Qaliblər  İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunmuşdur.

Keçidlər