Şriftin ölçüsü :

Saytın rəngi :

Zərnava kəndinin sakinləri ilə görüş

22 iyun 2014 | 15:00

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iyun ayının 21-də Zərnava kəndinin sakinləri ilə görüşüb.
22 gün əvvəl – may ayının 28-də güclü dolu, 29-da yağan leysan yağışdan sonra kənd yolunun bir hissəsinin sürüşməsi nəticəsində yaranan vəziyyətdən əziyyət çəkən sakinlər Başçının keçilməz yollarla kəndə gəlməsini məsələnin tezliklə həllini tapacağı mənada dəyərləndiriblər.
Tədbirdə kəndin digər mövcud problemləri də səmimi söhbətin mövzusu olub. Qaldırılan problemlərin həlli istiqamətində əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıqlar verilib.
Gözlənilməz çətinliklə üzləşən kənd sakinləri Sərdahardan Zərnavaya çəkilən alternativ yolda işlərin sürətləndirilməyini xahiş ediblər.

Keçidlər