Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Əhmədova Sevil Kazım qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

27 iyun 2014 | 15:00

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub. O cümlədən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əhmədova Sevil Kazım qızı da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Bu münasibətlə Rayon İcra Hakimiyyəti Aparatının işçiləri akt zalına toplaşmış, RİH-nin başçısı Mirdaməd Sadıqov Sevil xanımı gül dəstəsi ilə təbrik etmişdir. İş yoldaşları da bu təbrikə qoşulmuşlar.

Keçidlər