Şriftin ölçüsü :

Saytın rəngi :

Lahıc qəsəbəsində yenidən tikilən körpünün açılışı.

04 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq İsmayıllının perspektiv inkişaf planı hazırlanmış, problemlərin həlli yolları, icraçılar müəyyənləşdirilmişdir.
  Proqramın həyata keçirilməsində  icra strukturları və dövlət maliyyə orqanları ilə yanaşı  qeyri-hökumət  təşkilatları, iş adamları və xeyirxah insanlar da iştirak edirlər.
  İşə belə yanaşma  qədim Lahıcda sakinləri razı salan nəticə vermişdir.
  Lahıc qəsəbəsi ilə Ərəgiti Lülö dərəsindən axan çay tarixən  ayırıb. Xeyirxah insanlar sonradan orda körpü  tikmişdilər. 1963-cü ildə körpünü sel  aparmış və  1964-cü ildə yenə də xeyirxah, mərhəmətli insanların birgə iştirakı ilə bərpa olunmuşdu.
  Ötən illərdə dağ çayının  mütəmadi selləri körpünü yararsız hala gətirmişdi. Rayon İcra Hakimiyyətinin rəhbərliyi  Lahıcda xeyriyyəçiliklə məşğul olan  əslən lahıclı iş adamları ilə məsləhətləşmədən sonra tikintiyə başlandı və tez də körpü hazır oldu. İyulun 4-də körpünün açılışı oldu. Lahıcın qədim tarixi ilə fəxr edərək sevinənlər açılışa gəlmişdilər.
   Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək regionların, rayonların, hər bir kəndin inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gördüyü  qlobal  işlərdən danışdı, xeyirxah insanlara təşəkkür etdi, rayonun sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyini, sosial həyatın daha da zənginləşəcəyini dedi. Qəsəbənin girəcəyindən başlanan  abadlıq, quruculuq işlərinin Lahıc  memarlığına uyğun davam etdiriləcəyini bildirdi. Müqəddəs Ramazan ayı münasibətilə açılışa gələnləri  təbrik etdi.
     Lahıcın qocaman sakini, ömrünü çoxsaylı nəsillərin yetişməsinə sərf etmiş, qəsəbənin tarixi barədə ensiklopedik biliyə malik Ənvər Balayev çıxış etdi. Körpünün tikintisində əməyi olan hər kəsə təşəkkürünü  çatdırdı.
  Millət Vəkili  bütün nailiyyətlərin əldə olunmasında fəal iştirak edən, həmişə seçicilərinin yanında olan Novruz Aslanov ürək sözlərini dedi. Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətini  təqdir edən fikirlər söylədi.
  İlk olaraq körpüdən ağsaqqallar, ağbirçəklər keçdilər.
Həmişə rəsmiyyətdən uzaq olan, hər yerdə, hər şəraitdə arzu, təklif və söz demək istəyən insanları dinləyən RİH-nin başçısı Mirdaməd Sadıqov burada da belə etdi. Açılışdan sonra  arzu edən hər bir sakini dinlədi, aid məsul işçilərə tapşırıqlar verdi.
Körpünün açılışı göstərdi ki, insanlar xeyirxahlıq yolundadırlar.

Keçidlər