Şriftin ölçüsü :

Saytın rəngi :

Problemlər diqqətə çatdırılıb

16 mart 2013 | 16:00

Sakinlər ilə görüşdə RİH başçısı Mirdaməd Sadıqovla bərabər hüquq-mühafizə orqanları və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər.  Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Çıxış edən kənd sakinləri ölkədə və rayonda həyata keçirilən iqtisadi-inkişaf kursunu dəstəklədiklərini və prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə ediblər. Rayonda başlanmış quruculuq-abadlıq işlərindən razılıqlarını bildiriblər. Eyni zamanda kənddə yeni xəstəxana, məktəb və kitabxana binalarının tikilməsinə və yolların təmirə ehtiyacı olduğunu diqqətə çatdırıblar.  Kənd yollarının bərbad vəziyyətdə olması, içməli su çatışmazlığı da problem kimi diqqətə çatdırılıb.
Görüşdə çıxış edən RIH başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticələri olduğunu bildirib və bu siyasətin uğurla davam etdiriləcəyini söyləyib. İcra başçısı insanların işgüzarlığını artırmaq sahəsində görüləsi işlərdən danışıb, əlaqədar təşkilatların rəhbərlərinə kənd sakinlərinin  qayğı və  problemlərinin həlli ilə əlaqədar bir sıra göstərişlər verib. Yaxın vaxt üçün icrası nəzərdə tutulan işlər müzakirə mövzusu olub.

Keçidlər