Lahıc dünya gənclərinin diqqətində
Dünyanın müxtəlif ölkələrində “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqə keçirilib, qaliblər müəyyənləşdirilib. Argentina, Braziliya, Kanada və Venesueladan, Cənubi Afrikadan, Hollandiya, Belçika, İsveçrə və digər ölkələrdən olan 110 nəfər qalib gənc Respublikamıza dəvət olunub, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinə səyahətə çıxıblar. Bu gün -10 iyulda dünya gənclərinin nümayəndələri İsmayıllıya gəlmiş və qədim tarixi və orijinal memarlıq üslubu ilə diqqəti cəlb edən Lahıc qəsəbəsinə gediblər.
Azərbaycan barədə yaxşı bilgiləri olan gəncləri Lahıc səfərində rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov müşayiət ediblər.