Kompyüter Oyunları üzrə IX Azərbaycan Milli Çempionatı
10 iyul 2014 | 15:00
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kiber İdman Federasiyasının Kompyüter Oyunları üzrə IX Azərbaycan Milli Çempionatının Ucar şəhərində keçirilən zona mərhələsində İsmayıllı rayonunu 3 nəfər gənc təmsil etmişdir. Bunlardan Mustafazadə Tural Mübariz oğlu FİFA 2014 oyunu üzrə I yerə, Xalıqlı Şaiq Şahin oğlu Super Street Fİghter IV oyunu üzrə II yerə layiq görülmüşlər. Qaliblərə diplomlar təqdim olunub.