Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə dəyərlərinin qorunması” mövzusunda seminar

11 iyul 2014 | 15:00

İsmayıllı Rayon İcra hakimiyyətinin və “Gənclərin İnkişaf Mərkəzi” ictimai birliyinin təşkilatçılığı ilə “Ailə dəyərlərinin qorunması” mövzusunda seminar keçirildi. Tədbirdə Rayon İcra hakimiyyətinin məsul işçiləri, “Gənclər İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri  Zərifə Abbasova  və təlimçilər iştirak edirdilər. Tədbirdə   ADA unversitetinin təlimçi müəllimi Günay Xəlilbəyli ailə dəyərlərinin qorunması və  bu sahədə gənclər arasında maarifləndirmə işinin aparılmasının  vacibliyindən danışdı.  Qeyd etdi ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdır. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları isə ailə mənəviyyatının özülüdür. Ona görə də xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub yaşadılması və möhkəmləndirilməsi hər bir vətəndaşın üzərinə düşən vacib vəzifədir.
Sonda Rayon İcra Hakimiyyətinin məsləhətçi psixoloqu Gülər Baxışova ailə dəyərlərinin psixoloji aspektləri barədə məlumat verdi.
Tədbir hər baxımdan səmərəli keçdi.

Keçidlər