Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə işində dönüş yaradılmalıdır

16 mart 2013 | 16:00

İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov mart ayının 15-də  İsmayıllı rayonunun səhiyyə işçilərini qəbul edib. RİH başçısının  iclas zalında baş tutan bu qəbulda  rayonda səhiyyə sahəsində olan  problemlər və onların həlli yolları araşdırılıb. Rayon üzrə səhiyyə sahəsində buraxılan səhvlərə diqqət çəkən Başçı antisanitariyanın da dözülməz həddə çatdığını bildirib
Tibbi xidmət göstərən obyektlərdə iş üçün normal şəraitin olmaması  mövcud vəziyyətdən çıxmaq üçün irəli sürülən təkliflər müzakirə mövzusu olub.
Başçı  rayonun səhiyyə işində əsaslı dönüş yaradılması məsələsini qarşıda duran başlıca vəzifələrdən biri sayıb, bu sahədə aparılacaq islahatlarda irəli sürülən  faydalı təkliflərin  işin xeyrinə olacağını söyləyib.

Keçidlər