Şriftin ölçüsü :

Saytın rəngi :

Tolerantlıq - əxlaqi davranış və mədəniyyət məsələsi kimi

13 iyul 2014 | 15:00

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 iyul 2014-cü il tarixdə İsmayıllı Gənclər Mərkəzində  “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin “Tolerantlıq - əxlaqi davranış və mədəniyyət məsələsi kimi” layihəsi çərçivəsində elmi-praktiki konfrans keçirilib.
Konfransda “Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində ulu öndər Heydər Əliyevin rolu və prezident İlham Əliyevin bu sahədə fəaliyyəti” mövzusunda tibb üzrə fəlsəfə doktoru Kamran Babayev, “Təkfir və təkfirçilik milli və dini tolerantlığımıza böyük təhlükə kimi” mövzusunda ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov, “İslam və tolerantlıq” haqqında ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli, “Mötədillik – radikallıq və fanatizmlə mübarizə vasitəsi kimi” mövzusunda isə fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov çıxış edib.
Əxlaqi davranış və mədəniyyət məsələsi kimi tolerantlığın teoloji aspektlərini təqdim etməklə bilavasitə vətəndaş cəmiyyətinin formalaşması  barədə tədbir iştirakçılarının rəyini öyrənmək məqsədilə sorğu vərəqələri paylanıb.
RİH başçısının müavini Sevil Əhmədova çıxış edərək konfransın əhəmiyyətini vurğulayıb.
Sonda konfrans iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər