Təlim və resurs mərkəzi seminar keçirdi
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azadılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının ( 2011-2015-ci illər)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezdentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamında bir sıra məsələlərin həlli Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzərinə vəzifə olaraq qoyulmuşdur. Həmin məsələlər sırasına QHT-lərin müsbət təcrübəsinin yayılması və region QHT-lərin inkişaf etdirilməsi kimi müddəalar daxildir. Bu proqramla bağlı olaraq 18 iyul 2014-cü il Heydər Əliyev Mərkəzində seminar keçirilmişdir.
Tədbiri RİH-nin İctimai-siyasi və humanitar şöbənin baş məsləhətçisi Nəsimi Teymurov açdı və İsmayıllı rayonunda gedən sosial-iqtisadi inkişaf, quruculuq işləri haqqında məlumat verdi. Sonra Qəbələ regional təlim və resurs mərkəzinin direktoru Qalib Nəbiyev layihə barədə məlumat verdi. Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Fərid Rüstəmov məruzə etdi. Tədbir iştirakıçıları layihə ətrafında öz fikir və təkliflərini irəli sürdülər. Tədbirin sonunda qonaqlar yaradılan şəraitə görə Rayon İcra Hakimiyyətinə minnətdarlıq etdilər.