Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr hesabat verir.

21 iyul 2014 | 15:00

11 iyul 2014-cü il tarixindən etibarən İsmayıllı rayonu üzrə şəhər, qəsəbə və kənd bələdiyyələrinin 2014-cü ilinin birinci yarımilinin yekunları ilə əlaqədar hesabat yığıncaqlarının keçirilir. Bələdiyyələrin hesabat yığıncaqlarını 30 iyul 2014-cü il tarixinədək yekunlaşması planlaşdırılmışdır. 19 iyul 2014-cü il tarixinədək rayonun Lahıc qəsəbə, Cülyan-Müdrü, Əhən, Brovdal, Diyallı, Aşıqbayramlı, Sumağallı, Zərnava, Sulut, Basqal, Tağlabiyan, Tircan, Keyvəndi və Qoşakənd bələdiyyə sədrlərinin seçicilər qarşısında hesabatları dinlənilmişdir. Hesabat yığıncaqlarında bələdiyyə sədrləri 6 ay ərzində gördükləri işlər, həyata keçirdikləri layihələr, qarşıda duran vəzifələr barədə hesabat vermişlər.

Keçidlər