Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Milli Mətbuat Günü qeyd olundu

22 iyul 2014 | 15:00

22 iyul  Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan  Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, xalqımızın maarifləndirilməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
          Milli Mətbuat Günü yeniləşən və gündən-günə  inkişaf edən İsmayıllıda da yüksək səviyyədə qeyd olundu.  Rayon  İcra Hakimiyyətinin iclas zalına toplaşan  mətbuat və informasiya işçilərini, ziyalıları, gənc və veteran  jurnalistləri, “Dağ çiçəkləri” ədəbi  məclisinin üzvlərini  RİH-nin  başçısı cənab Mirdaməd Sadıqov Milli Mətbuat Günü münasibətilə təbrik etdi, sonra mətbuatımızın tarixi barədə ətraflı məlumat verdi. İsmayıllıda  mətbuatın, ədəbi mühitin formalaşmasında  xidmətləri olan  insanlara  minnətdarlığını bildirdi. İnformasiya bolluğu şəraitində  İsmayıllı yazarlarını  fəallığa, həqiqəti söyləməyə, xalqı düzgün məlumatlandırmağa çağırdı. Mətbuata dövlət dəstəyi, ölkə rəhbəri cənab İlham Əliyevin qayğısı barədə danışdı.
         “İsmayıllı xəbərləri” qəzetinin  redaktoru Şahməmməd Soltanov dövlətimizə, ölkə  başçısına, rayon rəhbərliyinə  təşəkkürünü bildirdi. İsmayıllı mətbuatının yaranma  tarixini və inkişaf yolunu əks etdirən kitabın nəşri barədə  təkliflə çıxış etdi.
        Tədbirin  sonunda bir qrup mətbuat işçisi RİH başçısının Fəxri Fərmanları ilə təltif olundu.

Keçidlər