Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat Olimpiadası başa çatdı

22 iyul 2014 | 15:00

16 yaşlı uşaqlar arasında  keçirilən və 12 iyuldan start götürən  Respublika Şahmat  Olimpiadası 22 iyul 20414-cü il tarixdə başa çatdı. Bu münasibətlə  Olimpiya İdman Kompleksində təntənəli  tədbir keçirildi.  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov,  Prezident Administrasiyasının  məsul işçisi Niyaz Əliyev, Respublika Şahmat Federasiyasının vitse-prezidenti  Faiq Həsənov  tədbirdə iştirak edirdilər. Çoxsaylı qonaqlar, tamaşaçılar təntənəli bağlanış  tədbirini izləyirdilər.
     Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov  Şahmat Olimpiadasının  10 gün davam etdiyini, nəticələrin artıq bəlli olduğunu dedi və tədbiri açıq elan etdi.
     Rayon İcra Hakimiyyətinin başçısı, idmançılara, Respublika və rayon miqyaslı yarış iştirakçılarına  həmişə diqqətli olan, qayğı göstərən  Mirdaməd Sadıqov şahmatçılar qarşısında  çıxış etdi, qaliblərə  hədiyyələr verdi, onlara uğurlar arzuladı. Bəyan etdi ki, bütün  idman növləri üzrə yarışların təşkili və keçirilməsinə  rayon icra hakimiyyəti həmişə yardımçı olacaqdır.  Respublika  Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxışında qeyd etdi ki, builki Olimpiada Azərbaycanın  idman tarixində ən çox  şahmatçının iştirakı ilə yadda qaldı (564 nəfər) F.Həsənov yarışın təşkilinə, davam etdiyi bütün günlərdə yaranan problemlərin həllində  göstərdiyi ardıcıl  köməyə görə RİH-nin başçısına, digər məsul işçilərə təşəkkürünü bildirdi.  Göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdi.
      Yarışın baş hakimi Qüdrət İsmayılov Olimpiadanın  nəticələri barədə məlumat verdi.  Qeyd etdi ki, kamanda hesabında 12 yaşadək şahmatçılar arasında Sumqayıt şəhəri birinci, Bakı şahmat məktəbi  ikinci və Quba rayonunun  komandası üçüncü  yeri tutmuşlar.
     16 yaşadək iştirakçılar arasında Bakı şahmat məktəbi birinci, 1 nömrəli  Bakı şahmat məktəbi ikinci  və Sumqayıt şahmat məktəbi üçüncü  yerə  layiq görülmüşlər.
Respublikamızın bütün bölgələrini təmsil edən  gənc şahmatçılar yalnız yarışlarda iştirak etməklə  kifayətlənmədilər, təbii sərvətlərimizin zəngin olduğu yerlərə, qalalarımıza, qədim Lahıca, müasir  İsmayıllının yeniləşən çoxsaylı məhəllələrinə ekskursiyalar etdilər.
Yarış iştirakçıları  İsmayıllı barədə ən xoş təəssüratları ilə birgə mənsub olduqları bölgələrə getdilər.

Keçidlər