Şriftin ölçüsü :

Saytın rəngi :

DoğmaCİN kompaniyası İsmayıllıda

20 mart 2013 | 16:00

Abunəçilərini çeşidli kompaniyalarla sevindirən Bakcell Azərbaycan bölgələri üçün DoğmaCİN tarifini yaratdı. Novruz bayramı ərəfəsində - 19 martda DoğmaCİN kompaniyasının İsmayıllıda təqdimatı oldu. Təqdimatdan əvvəl rayon mədəniyyət evinin konserti oldu. Sonra Bakcell tədbirinə başladı. Dj-in, kosa, keçəlin və bahar qızının iştirakı ilə müxtəlif oyunlar keçirildi, rəqslər ifa olundu.
İştirakçılar arasında müsabiqələr keçirildi, intellektual suallar verildi. Nəticələrə görə hədiyyələr, pulsuz nömrələr verildi.
Bakcell Sur@ Data kart, Bakcell “Mançestr Yunayted” layihələri ilə toplaşanlar tanış edildi. Bakcell özünüreklam tədbirini yüksək səviyyədə keçirdi.

Keçidlər