Təbrik edirik
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 139 illiyi ilə əlaqədar fərdi jurnalist yazılarının müsabiqəsi keçirilib.
Müsabiqə 10 istiqamət üzrə keçirilib.
“İsmayıllı xəbərləri” qəzetinin ictimai müxbiri Bəhərçinli Çinarə Həsən qızı “Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması” istiqaməti üzrə qalib olub. Çinarəni təbrik edirik, daha böyük nailiyyətlər arzulayırıq.
Məlumat üçün bildirək ki, müsabiqəyə 66 kütləvi informasiya vasitəsindən 116 yazı təqdim olunub, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin əsas qalibi olan 30 nəfər jurnalistin hər birinə 1000 manat, həvəsləndirici yerlərə layiq görülmüş jurnalistlərin hər birinə 300 manat məbləğində pul mükafatı verilib.