Qol güləşi üzrə rayon birinciliyi.
Rayon gənclər və idman idarəsinin, “Gənclər Antinarkomaniya” ictimai birliyinin və Qol güləşi federasiyasının təşkilatçılığı ilə 01 avqust 2014-cü il tarixdə açıq rayon birinciliyi keçirilmişdir. İsmayıllı, Qəbələ, Şəki və Şamaxı rayonlarından Bakı və Sumqayıt şəhərlərindən 100-ə qədər idmançı yarışa qatılmışdı. I-II və II yer tutanlara medal və kuboklar verilmişdir.
“Gənclər Antinarkomaniya” ictimai birliyinin sədri Qüdrət Kazımov, Gİİ-nin rəisi Taleh Salehov və qol güləşi üzrə baş məşqçi Vüsal Qəzənfərov yarışın təşkilində və maliyyələşdirilməsində (xüsusilə Qüdrət Kazımov ) fəal iştirak etdilər.
Açıq havada keçirilən yarış çoxsaylı tamaşaçı cəlb etmişdi. Bu da idmanın bu növünün kütləviliyinin artması üçün yeni bir stimul oldu.
Qonşu rayon və şəhərlərdən gələn idmançılar yarışın təşkilindən razılıq etdilər. Onlar həm də rayonda gedən sürətli tikinti-quruculuq, abadlıq, yol infrastrukturunun yeniləşməsi ilə tanış oldular.