Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsi

02 avqust 2014 | 15:00

Azərbaycan Respublikası

İsmayıllı rayonu İcra Hakimiyyəti
başçısının

S Ə R Ə N C A M I


     № 120                                                                                                                                                            «17»  iyul 2014-cü il

         İsmayıllı rayonunda epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf 
       mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi  
      məqsədilə görülməsi nəzərdə tutulan işlər barədə

Ölkəmizdə bütün istiqamətlərdə aparılan uğurlu islahatlar çərçivəsində həyata  keçirilən tədbirlər nəticəsində yaşayış məntəqələri abadlaşır, yeni yollar salınır, sosial infrastruktur yenidən qurulur ki, görülən bütün tədbirlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir.
Yaradılan sosial infrastrukturun saxlanması, sanitar vəziyyətin yaxşılaşdırılması üçün Dövlət tərəfindən mütəmadi olaraq köməklik göstərilir, kommunal təsərrüfatının maddi texniki bazasının gücləndirilməsi üçün əvəzsiz olaraq  nəqliyyat vasitələri, avadanlıqlar ayrılır, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə səfərlər təşkil edilir. 
İsmayıllı rayonunun turizm bölgəsi olması və ölkəmizin digər turizm bölgələrinə aparan magistral yolun rayonun ərazisindən keçməsi təmizlik və sanitariya məsələlərinə diqqətin daha da artırılması zərurətini yaradır.
Görülən işlərlə yanaşı bu istiqamətdə həlli vacib olan məsələlər də mövcuddur. Bunlardan ən önəmlisi  əhali arasında marifləndirmə tədbirlərinin aparılması,  rayon ictimaiyyətini və geniş əhali kütləsini  tədbirlərin icrasına cəlb etməkdir.
Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün Bakı şəhərinin Binəqədi rayonunda uğurla həyata keçirilən “Təmiz Binəqədi” layihəsinin təcrübəsinə əsaslanaraq “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.7.1, 3.7.2, 3.7.3, 3.7.4, 3.9.11-ci  maddələrinə  əsasən  və  6.8  maddəsini rəhbər tutaraq

                                                 qərara alıram:

I.  İsmayıllı Rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən  “Təmiz şəhərdə yaşa”  devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlansın.
II. “Gələcək öz əlimizdədir” layihəsinin həyata keçirilməsi üçün tədbirlər planı təsdiq edilsin.  
III. Tədbirlər Planının icrasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılsın:

Komissiyanın sədri:
1. Rövşən Ağayev                   - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının
                                                   birinci müavini
Komissiayanın üzvləri:
2. Mahmud Süleymanov         - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının
                                                   müavini
3. Sevil Əhmədova                  - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının
                                                   müavini
4. Həsən Həsənov                    - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının
                                                   müavini
5. Rüstəm Səmədov                 -  İsmayıllı RİH Ərazi idarəetmə və yerli özünü-
                                                    idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
6. Xətai Abbasov                      -  İsmayıllı RİH Hüquq şöbəsinin müdiri
7. Rəvan İsgəndərli                   -  İsmayıllı RİH İnformasiya təminatı və
                                                     təhlil sektorunun müdiri
8. Əzizə  Vahabova                  -  YAP İsmayıllı rayon təşkilatının sədri
9.  Xanlar Qənbərov                -  Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri
10. Rasim Orucov                    -   Rayon Təhsil şöbəsinin müdiri
11. Avtandil Rəhimov              -   Rayon Mərkəzi Xəstəxanasının baş həkimi
12. Lətifə Əliyeva                     -  Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru
13. Şahməmməd Soltanov        -  “İsmayıllı Xəbərləri” qəzetinin baş redaktoru
14. Qüdrət Kazımov                 -  Gənclər və antinarkomaniya QHT –sədri
15. Əhməd Hacıyev                  -  İsmayıllı rayon Polis şöbəsinin ictimai
                                                     təhlükəsizlik bölməsinin rəisi
16. Azər Abbasov                     -  Mədəniyyət və Turizm şöbəsinin müdiri

        IV. Tədbirlər Planında nəzərdə tutulan işlərin icrasına məsul olan şəxslər cəlb ediləcək işçi qrupların tərkibini 20 iyul 2014-cü il tarixədək komissiyaya təqdim etsinlər.
V. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevə tapşırılsın :
- Tədbirlər Planında nəzərdə tutulan işlərin icrasına məsul olan şəxslər tərəfindən cəlb ediləcək işçi qrupların tərkibini 5 gün müddətinə təsdiq üçün  Rayon İcra Hakimiyyətinin başçısına təqdim  etsin;
- Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsini ciddi nəzarətdə saxlamaqla mütəmadi  olaraq Rayon İcra Hakimiyyətinin başçısına məlumat versin;
- layihənin icrası müddətində zərurət yarandıqda Tədbirlər Planına əlavə və dəyişilik edilməsi üçün təkliflər hazırlayıb təsdiq üçün təqdim etsin. 
       VI. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

                                         
 Mirdaməd Sadıqov

Keçidlər