Şriftin ölçüsü :

Saytın rəngi :

Meşələrdən istifadə, onların mühafizəsi, bərpası və qorunması ilə əlaqədar toplantı

05 avqust 2014 | 15:00

04 avqust 2014-cü il tarixində Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Meşələrdən istifadə, onların mühafizəsi, bərpası və qorunması ilə əlaqədar qanunvericiliyin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, qanunsuz meşə qırıntılarının qarşısının alınması, meşə yanğınlarının baş vermə səbəblərinin aradan qaldırılması, magistral yolların yaxınlığındakı taxıl sahələrinin kənarlarının şumlanmasının başa çatdırılması, özbaşına taxıl sahələrini yandıranlar haqqında qanunamüvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar geniş toplantı keçirilmişdir.
Tədbirdə 11 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin, İsmayıllı meşə mühafizəsi və bərpası müəssisəsinin, “Şahdağ” Milli Parkının işçiləri, ərazi icra nümayəndələri, eləcə də əlaqədar qurumların nümayəndələri iştirak etmiş, yuxarıda qeyd edilən məsələlərlə bağlı yol verilən nöqsanlar müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbirdə çıxış etmiş, Meşələrin mühafizəsi və yanğın hallarına yol verməmək üçün bütün imkanlardan istifadə edilməsini, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin daha da artırmalarını qeyd etmişdir.
Toplantıda İsmayıllı meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru İ.Qəribov, 11 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin rəisi Ə.Əliyev, “Şahdağ” Milli Parkının İsmayıllı rayonu üzrə direktor müavini Ə.Qəribov və digər şəxslər iştirak etmiş, müzakirə olunan məsələ ilə əlaqədar qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildirmişlər.
Müzakirə edilən məsələlərin icrasına nəzarət edilməsi və qarşıya çıxan problemlərin həllinə operativ köməklik göstərilməsi məqsədilə rayon qərargahı yaradılmışdır.

Keçidlər