Şriftin ölçüsü :

Saytın rəngi :

“5 avqust 1969-cu il plenumu”na həsr olunmuş tədbir

15 avqust 2014 | 15:00

“Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi “Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumu və onun tarixi əhəmiyyəti” adlı məsələyə həsr olunmuşdu. Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini, ictimai fəallığı ilə seçilən ziyalı İsrayıl İsmayılov məruzə etdi.
Rayon Prokuroru Rahib Seyidov 5 avqust 1969-cu il plenumundan sonra “Respublikada korrupsiya və rüşvətxorluğa qarşı mübarizə”  mövzusunda, jurnalist Lətifə Əliyeva  “Respublikanın sosial-iqtisadi, mənəvi və mədəni inkişafında  Heydər Əliyevin  avqust plenumundakı  məruzəsi  əsil dönüş  yaratdı” mövzusunda və Rayon Təhsil şöbəsinin əməkdaşı Rəşid Məmmədov “Azərbaycan  təhsil sisteminin  avqust plenumundan sonrakı inkişafı” mövzusunda  çıxış etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqov çıxış edərək Heydər Əliyevin avqust plenumundakı məruzəsinin milli inkişaf strategiyasının banisi olduğunu bildirdi. Plenumun  Azərbaycan həyatının bütün sahələri  və dövrləri üçün proqram sənədi olduğunu ətraflı şərh etdi.
Mirdaməd Sadıqov 60 yaşı tamam olmuş baş həkimin müavini İsrayıl İsmayılova qiymətli  hədiyyə və RİHB-nın Fəxri Fərmanını təqdim etdi.

Keçidlər