Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya gəncləri İsmayıllıda

18 avqust 2014 | 15:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya  Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən Koreya gənclərindən ibarət nümayəndə heyəti 16-17 avqust 2014-cü il tarixlərdə İsmayıllı rayonunda oldular. Qonaqları Heydər Əliyev mərkəzində rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov qarşıladılar.
Ekoturizmi fəaliyyətində yeni bir istiqamət kimi müəyyənləşdirən “Sato  Monolit” şirkəti qonaqları böyük səmimiyyətlə qəbul etdi. Burada rahat şəraitdə dincələn və gecələyən koreyalı gənclər çox razılıq etdilər. Hacıhətəmli kəndində yerləşən üzümçülük və şərabçılıq şirkətinin üzüm plantasiyaları, şərab istehsalı prosesi ilə tanış oldular. Sonrakı gün qonaqlar müasir İvanovka və qədim Lahıca ekuskursiyaya getdilər. Koreyalı gənclər növbəti gecəni də şirkətin otelində istirahət etdilər. 18 avqustda istiqamət Şəki şəhərinə tərəf götürüldü. Yerlərlə tanışlıq və ekuskursiyalar zamanı qonaqları rayon Gİİ-nin rəis müavini Bəhruz Səfərəliyev müşayiət edirdi 

Keçidlər