Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat naminə- erkən nikaha yox de!”

22 avqust 2014 | 15:00

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  əhalinin, xüsusilə gənclərin milli-mənəvi ruhda tərbiyəsi və sağlam həyat tərzinin təbliği məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.
         Belə  tədbirlərdən biri 22 avqust 2014-cü il tarixdə İsmayıllı rayonunda reallaşdı.
      “Sağlam həyat naminə-Erkən nikaha yox de!” layihəsi ilə bağlı maarifləndirici seminarın keçirilməsi üçün məkan Heydər Əliyev Mərkəzi seçilmişdi.
      Tədbirə İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri, hüquqşünaslar, təhsil və səhiyyə işçiləri, din xadimləri dəvət olunmuşdu.
      Seminarı giriş sözü ilə RİH başçısının müavini S.Əhmədova açdı. Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Cümə məscidinin imamı Şahzadə Bilalov, RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov, Rayon Mərkəzi xəstəxanasının baş həkimi Avtandil Rəhimov,  erkən nikahın məhrumiyyətlərini öz üzərində hiss etmiş Fərqanə Əsədova, Lahıc qəsəbə İƏD üzrə nümayəndə Fikrət Haqverdiyev və başqaları çıxış edərək erkən nikah və onun fəsadları barədə məlumat verdilər.
     Tədbirdə vurğulandı ki, erkən nikah-yetkinlik yaşına çatmamış şəxslərin ailə qurmasıdır və bu, ailə quran kəslərin sağlam yaşamaq, inkişaf etmək və təhsil almaq hüquqlarını  əlindən alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunmuşdur. Bu yaş həddini hamı gözləməlidir.
     Seminarda maarifləndirmə tədbirlərinin gücləndirilməsi, gənclər və  yeni ailə həyatına qədəm qoymaq istəyənlərlə görüşlərin keçirilməsi, erkən nikahdan qorunmağın yolları  barədə tədbirə toplaşanlar məlumatlandırıldı, əhali arasında təbliğat işinin gücləndirilməsi onlara tövsiyə olundu.

Keçidlər