Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Qaraqaya kəndində oldu

27 avqust 2014 | 15:00

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust  ayının 26-da Qaraqaya kəndində Qaraqaya, Yeniyol və Gəndov  kəndlərinin sakinləri ilə görüş keçirib. 70 nəfərə yaxın sakinin iştirak etdiyi görüş-qəbulda RİH başçısı sakinlərə respublikada, rayonda və rayonun kəndlərində  həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, kəndlərin  mövcud problemlərinin aradan qaldırılması yollarından danışdı. Kənd sakinləri də görülən işlərə, yeni tikilən məktəbə,  kəndə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək kəndə mövcud olan problemlərinin - kəndə təbii qaz çəkilməsini, nasaz elektrik dirəkləri və transformatorun dəyişdirilməsini, idman meydançası üçün yer ayrılmasını, sürüşmə zonasında olan qəzalı evlər barəsində tədbir görülməsini, Yeniyol kəndinə gedən yolun təmir olunmasını xahiş etdilər. RİH başçısı bütün problemləri dinlədikdən sonra qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verdi.

Keçidlər