Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda həndbol üzrə qızlar arasında final yarışı keçirilir.

27 avqust 2014 | 15:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2014-cü il vahid idman təqvim planına əsasən 4 gün, 26-30 avqust tarixlərində İsmayıllı rayon Olimpiya İdman Kompleksində Yeniyetmələrin IX Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə 1999-cu il və daha kiçik yaşlı qızlar arasında final yarışı keçirilir.
Yarışın 27 avqust tarixində saat 10:00 da açılışı oldu. Açılışda İsmayıllı rayon Gənclər və  İdman idarəsinin rəisi Taleh Salehov çıxış edərək cənab Prezident İlham Əliyevin idmana diqqət və qayğısından danışdı, Rayon İcra Hakimiyyətinin əməkdaşı Rövşən Yəhyayev  Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun salamlarını qonaqlara çatdırdı və bildirdi ki ölkədə olduğu kimi İsmayıllıda da idman günü-gündən inkişaf edir və yüksək nəticələr əldə olunur. Gənclər və İdman Nazirliyinin əməkdaşı Nicat Həsənovda Nazirlik adından qonaqları salamladı və yarışa uğurlar arzuladı. Kiçik konsert proqramı ilə başlayan final yarışında Bakı şəhərindən 2 , Mingəçevir ,Gəncə Şirvan və İsmayıllı komandaları iştirak edirlər.

Keçidlər