Şriftin ölçüsü :

Saytın rəngi :

Soltankənd və Uştal kəndlərinin sakinləri ilə görüş keçirildi

30 avqust 2014 | 15:00

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust  ayının 29-da Soltankənd  kəndində Soltankənd və Uştal kəndlərinin  sakinləri ilə görüş keçirib. 80 nəfərə  yaxın sakinin iştirak etdiyi görüş-qəbulda RİH başçısı sakinlərə respublikada, rayonda və rayonun kəndlərində  həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, kəndlərin  mövcud problemlərinin aradan qaldırılması yollarından danışdı. Kənd sakinləri də görülən işlərə, kəndə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək kəndə mövcud olan problemlərinin - kəndə təbii qaz çəkilməsini, nasaz elektrik dirəklərinin dəyişdirilməsini, kəndə sürətli internet çəkilməsini və digər şəxsi və ümumi kənd problemlərinin həll olunmasını xahiş etdilər. RİH başçısı bütün problemləri dinlədikdən sonra qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verdi.

Keçidlər