Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Sağlam həyat naminə-erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilmişdir.

04 sentyabr 2014 | 15:00

Sentyabr ayının 4-də İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  və Rayon İcra Hakimiyyətinin “Sağlam həyat naminə-erkən nikaha yox deyək adlı ” layihə  əsasında maarifləndirmə tədbiri keçirilmişdir.
   Heydər Əliyev Mərkəzində reallaşan tədbirə təhsil, səhiyyə sahəsində, idarə və müəssisələrdə çalışan işçilər, təqaüddə olan ağbirçək qadınlar, gənc qızlar dəvət olunmuşdu.
    Maarifləndirmə tədbirində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədr müavini Aynur Sofiyeva iştirak edirdi.
    Tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açdı. Komitənin sədr müavini Aynur Sofiyeva, baş məsləhətçisi Rafiq Mahmudov, İsmayıllı RİH Hüququ şöbəsinin müdiri Xətai Abbasov, Rayon Mərkəzi Xəstəxanasının  baş həkimi Avtandil Rəhimov, RTŞ-nın metodisti Rəşid Məmmədov, RİH-nin psixoloqu Gülər Baxışova və başqaları çıxış edərək erkən nikah və onun fəsadları  barədə məlumat verdilər.
     Bu sahə üzrə güclü təbliğat işinin aparılması, maarifləndirilmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulandı, aid strukturların imkan və qüvvəsindən lazımınca  istifadə olunmadığı diqqətə çatdırıldı.
     Tədbirdə müzakirə olunan məsələyə aid təbliğat və maarifləndirmə xarakterli film  nümayiş etdirildi.

Keçidlər