Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda qadın fəallığına həsr olunmuş tədbir keçirilmişdir

04 sentyabr 2014 | 15:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası ilə birgə qadınların Respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında fəallığının daha da artırılması məqsədilə regional görüşlər keçirir.
Belə görüşlərdən biri 4 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzində reallaşdı. Şamaxı, Ağdaş, Göyçay, İsmayıllı, Qobustan, Ağsu rayonlarından YAP üzvü olan  60-dan çox fəal qadın  bir araya gələrək ,ölkədə qadın fəallığının artırılması yolları barədə fikir mübadiləsi, müzakirələr aparılmışdır.
Tədbirdə AQUPDK-nin sədr müavini Aynur xanım Sofiyeva məruzə ilə çıxış etdi, müzakirə olunan məsələnin aktuallığını diqqətə çatdırdı.
Tədbirdə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova , YAP İsmayıllı Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, Ağdaş rayon M.Şeyxzadə adına  şəhər texniki, təbiət və humanitar fənlər təmayüllü Gimnaziyanın  direktoru  Şəhla Hacıyeva, Qobustan RİH Aparatının ictimai-siyasi və  humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lalə Maqsudova, Ağsu RİH Aparatının  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Nailə Bəşirova, Göyçay RİH aparatı ümumi şöbəsinin müdiri Zivər Zeynalova, Şamaxı şəhər Texniki Humanitar təbiət fənləri təmayüllü liseyin  müəllimi Yaqut İbrahimova çıxış edərək  regionlarda qadınların  ictimai-siyasi fəallığının artırılması yolları barədə təkliflərlə çıxış etdilər.
Sonda tədbir iştirakçıları Aynur xanım Sofiyeva ilə xatirə şəkilləri çəkdirdilər.

Keçidlər