Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın nümayəndə heyəti İsmayıllıda

12 sentyabr 2014 | 15:00

Yaponiya dövlətinin azərbaycandakı səfirliyi vasitəsilə İsmayıllıda layihələr həyata keçirməsi 2004-cü ildən Ruşan kəndində məktəb tikintisi  ilə başlanmışdır.
   Sonrakı illərdə Qalacıq kəndində həkim məntəqəsi, Basqal qəsəbəsində  kəlağayı istehsalı müəssisəsi, Buynuz kəndində məktəb, Quşencə  ərazisində  məişət tullantıları poliqonu və uşaq bağçası, İvanovka xəstəxanası üçün  doğum şöbəsi , Lahıc qəsəbəsində 400  tonluq su anbarı və kanalizasiya xətti, şəhərin Mican məhəlləsində uşaq bağçası tikilib, bir neçə artezian quyusu qazılıb. Səfirlik Gəraybəyli kəndində tikiləcək  feldşer məntəqəsi üçün layihəni hazırlayıb  və bu günlərdə müqavilə bağlanacaq.
    Heydər Əliyev parkında 2009-cu ildə “Kosuqi Zohen” Korporasiyasının prezidenti  Kosuqi Saki tərəfindən Yaponiyanın mədəniyyətini, təbiətini, ekologiyasını əks etdirən bağ salınmışdır.
     Bu layihələrin icrası prosesində Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhəri arasında dostluq  əlaqələri yaranıb, şəhərlərin qardaşlaşması barədə müqavilə bağlanıb.
    Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun başçılığı ilə İsmayıllının nümayəndə heyəti 20 noyabr  2013-cü ildə Yaponiyaya səfər edib.
    2014-cü il avqust ayının birinci on günlüyündə  İto şəhəri məktəbliləri ilə fəal əlaqə saxlayan İsmayıllı məktəblərinin  6 şagirdi və təhsil şöbəsinin müdiri Yaponiyaya səfərə gediblər. Səfər zamanı  İto və Tokio şəhərlərində olmuş, “Yay festivalı”nda  iştirak ediblər.
    11 sentyabr 2014-cü il tarixdə Yaponiyanın aşağıdakı tərkibdə nümayəndə heyəti axşam saat 19-da İsmayıllıya gəlib və “Qız qalası” otelində istirahət edib.
     Toşiyuku Fucivara – Yaponiya İnstitutunun Beynəlxalq məsələlər üzrə məsləhətçisi . (sabiq səfir).  
    Fujihiro Onuma – Beynəlxalq əlaqələr üzrə İto şəhəri assosiasiyasının sədri.
Xanım Minako Onuma –Fujihiro Onumanın xanımı
    Qonaqları Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya şöbəsinin rəhbəri, birinci katib Ko Obata müşaiyət edib.
      12 sentyabr saat 1000-da Heydər Əliyev Mərkəzinin  qarşısındakı  meydanda qonaqlar qarşılanıb. Ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül qoyulub. Heydər Əliyev Mərkəzinin konfrans zalında Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov nümayəndə heyətini qəbul edib.
      Saat 1100 dan sonra rayon icra hakimiyyəti rəhbərliyinin  qonaqlarla görüşü olub. Burada Yaponiyaya səfər edənlər, İto şəhər şagirdləri ilə əlaqə saxlayan şəhər 1 saylı tam orta məktəbin 18 şagirdi, əlaqələrin təşkilatçısı, ingilis dili müəllimi Gültəkin Əhmədova, layihələrdən faydalanan ərazilərin icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
      Sonrakı zamanda qonaqlar “Yapon bağı” ilə tanış olublar. Hacıhətəmli kəndindəki “Şato monolit” şirkəti nahar zamanı Yaponiyanın nümayəndə heyətini qəbul edib. Saat 16-da qonaqlar qədim tarixli, xalq sənətkarlığı, xalq yaradıcılığı, milli memarlıqla zəngin olan Lahıca tərəf istiqamət götürüblər.
       Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev qonaqları bütün səfər müddətində müşayiət edir.

Keçidlər