Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dərs gününə yeni məktəblər

15 sentyabr 2014 | 15:00

İsmayıllı üçün ənənəvi olan təhsil bayramında-8 sentyabrda Qalınçaq kəndində 380 yerlik məktəb istifadəyə verildi. İlk dərs günündə- Bilik bayramında   Şəbiyanda 80 və Külüllüdə 40 yerlik  yeni məktəb binası müəllimlərə, şagirdlərə  və valideynlərə dövlət tərəfindən hədiyyə edildi.
Keyvəndi İnzibati Ərazi dairəsinə daxil olan Minkə, Keyvəndi, Şəbiyan, Bəhliyan və Bilistan kəndlərinin heç birində  bu vaxta  qədər müasir təhsil binası yox idi. Şəbiyan ümumi orta  məktəbi cəmi beş otaqdan ibarət olan köhnə binada yerləşirdi. Külüllü ibtidai məktəbinin binası qəzalı vəziyyətdə idi. Ölkənin sürətli  inkişafının nəticələri əksini bu yerlərdə də.
             1 milyon 261 min manat smeta dəyəri olan Şəbiyan ümumi orta məktəbinin binasını “İsmayıllı tikinti-27” ASC və 548 min  dəyərində olan Külüllü ibtidai məktəbini “Azəraqrartikinti ” ASC-nin İsmayıllı filialı inşa etmişdir.
           Şəbiyandakı açılışda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov cənab Prezident İlham Əliyevin, dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan, tam orta və ali təhsil, peşə tədrisi üçün  yaratdıqları nümunəvi maddi bazadan, ölkədə təhsilin və elmin inkişafı üçün  həyata keçirilən  Beynəlxalq səviyyəli tədbirlərdən, təhsilin Prezident İlham Əliyev tərəfindən strateji sahə kimi qiymətləndirilməsindən, Respublikada gedən  sosial-iqtisadi inkişafın yüksək sürətinin  İsmayıllıda da hərtərəfli əksini tapmasından ətraflı danışdı. Natiq təhsilə  göstərdiyi qayğıya, ölkəmizi öz siyasəti ilə  Beynəlxalq miqyasda  təsdiq etdiyinə görə  cənab Prezident İlham Əliyevə  minnətdarlığını bildirdi, şagirdləri və Keyvəndi İƏD-in bütün sakinlərini “Bilik bayramı” və yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etdi. Böyük  hədiyyədən hədsiz  sevinən  valideynlər, müəllimlər və şagirdlər ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.
      Külüllü ibtidai  məktəbinin şagirdlərini və yenilikdən sevinən kənd sakinlərini rayon  icra hakimiyyəti başçısının  birinci müavini Rövşən Ağayev təbrik etdi. Azərbaycanın daha firavan sabahını yaşamaqda onlara can sağlığı, təhsildə uğurlar arzuladı.

Keçidlər