Yaponiya səfirliyinin yeni qrant layihəsi
Yaponiya səfirliyi indiyədək İsmayıllıda 12 layihə üzrə qrant müqaviləsi imzalanmışdır. Daha çox sosial infrastruktur xarakteri daşıyan layihələrin hamısı müvəffəqiyyətlə həyata keçirmişdir.
15 sentyabr 2014-cü il tarixdə Heydər Əliyev mərkəzinin konfrans zalında “İsmayıllının Gəraybəyli kəndində tibb məntəqəsinin inşası” layihəsi üzrə qrant müqaviləsinin imzalanması üçün Yaponiyanın Azərbaycandakı səfiri cənab Tsuquo Takahaşi rayona səfərə gəldi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov səmimiyyətlə səfiri qarşıladı. Qrant müqaviləsinin imzalanmasından əvvəl indiyədək həyata keçirilən layihələri əks etdirən slaydlar nümayiş olundu.
Tsuquo Takahaşi və Mirdaməd Sadıqov qarşılıqlı salamlama nitqi söylədilər.
Ümumi dəyəri 103,088 dollar olan layihənin qrant müqaviləsini . Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi və Azərbaycan tərəfindən “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Rafiq İsmayılov imzaladılar.
Bu, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı”
çərçivəsində İsmayıllıda 13-cü layihə oldu.
Layihənin imzalanma mərasimində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH-nin və RGİİ-nin nümayəndələri iştirak etdilər.