“Sağlam bədəndə sağlam ruh olar”
“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi 19 sentyabr 2014-cü il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gec qalmayın, gənc qalın!” adlı layihə çərçivəsində tədbir keçirmişdir.
Tədbirdə İsmayıllı Rayon İcra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov açmış, gələn qonaqları və məktəbliləri salamlamış, İsmayıllıda gedən quruculuq-abadlıq işləri haqqında məlumat vermişdir. İsmayıllıda son illərdə gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır.
İctimai birliyin sədri Elçin Manafov layihənin ilk mərhələsində üç aylıq “İlkin tibbi yardım” kurslarının təşkil olunduğunu söyləyib.Təlimçi, həkim-cərrah Kəmalə Məmmədova Ulu Öndərin: “Sağlam bədəndə sağlam ruh olar” sözünü xatırladaraq, sağlamlığın əhəmiyyətindən söz açmışdır. Eyni zamanda süni tənəffüs, suda boğulma, gün vurma, ilan sancması, ürəktutması, arterial təzyiqin ölçülməsi, qızdırma, hərarətin ölçülməsi kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat vermişdir. Tədbirin sonunda şagirdlərə bukletlər paylanmış və qonaqlar tədbirin təşkilatçılığına görə İsmayıllı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişlər.v