Hüquq insan üçündür
“ Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Hüquq insan üçündür!” adlı layihə ilə bağlı sentyabr ayının 19-da şəhər 3 nömrəli tam orta məktəbdə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açmış, İsmayıllı gənclərinin təhsildə əldə etdiyi uğurlardan danışmış, gənclərin maarifləndirilməsi istiqamətində layihənin əhəmiyyətini diqqətə çatdırmışdır.
İctimai birliyi sədri Elçin Manafov ölkəmizdə hər bir fəaliyyətə dair qanunun olmasını və bu qanunların gündən-günə təkmilləşdirildiyini bildirib. Gənclərə Azərbaycan Respublikasının Konstitusiyasında, Əmək Məcəlləsi və Mülki Məcəllədə əksini tapan hüquqlar haqqında məlumat verilmişdir.Tədbirdə gəncləri maraqlandıran suallara cavab verilib.
RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov gənclərin maarifləndirilməsi istiqamətində keçirilən tədbirin əhəmiyyətindən danışıb və belə tədbirlərin önəmli olduğunu qeyd edib.
E.Manafov tədbirin təşkilatçılığına görə İsmayıllı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.