Şriftin ölçüsü :

Saytın rəngi :

Fəallar yığıncağı keçirilmişdir.

25 sentyabr 2014 | 15:00

Sentyabrın 24-də Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya növbəti səfərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağı keçirildi.
    Yığıncağı giriş sözü ilə RİH-nin başçısı cənab Mirdaməd Sadıqov açdı, ölkə  rəhbərinin səfəri barədə rayon fəallarına ətraflı məlumat verdi.
     Rayon rəhbəri qeyd etdi ki, cənab Prezident bir il  müddətində rayonda görülən işlərdən razı qaldığını ifadə etmiş, gələcək inkişaf üçün tövsiyələrini vermişdir. Səfərindən  cəmi bir gün sonra rayonun sosial-iqtisadi inkişafı üçün  2 milyon manat vəsait ayırması cənab Prezidentin İsmayıllıya böyük diqqət və qayğısının  təzahürüdür.
     Cənab başçı vurğuladı ki, ölkə rəhbəri daima İsmayıllıya böyük diqqət və qayğı göstərir. Cənab Prezidentin  söylədiyi: “İsmayıllı Azərbaycanın ən inkişaf etmiş gözəl bölgələrindən biri olacaqdır”- ifadəsi bunu bir daha təsdiq edir.
       M.Sadıqov ölkə rəhbərinin tövsiyə və tapşırıqlarının gələcəkdə yüksək səviyyədə icrası barədə məlumat verdi, görüləcək işlər haqqında danışdı, fəalların bu məsələlərin  həllində yaxından iştirakını gözlədiyini bildirdi.
       Cənab Prezidentin rayona səfərinin nəticəsi olaraq Diyallı kəndi yaxınlığındakı velosiped zavodu ərazisində “Sənaye parkı”nın salınacağı, digər ərazilərdə fermer evlərinin yaradılması turizmin inkişaf etdirilməsi, rayonda taxılçılıqla bərabər  tərəvəçiliyin, üzümçülüyün inkişafına təkan verilməsi, arıçılığın genişləndirilməsi, emal müəssisələrinin, fermer mağazalarının  yaradılması, yeni ali və orta-ixtisas müəssisələrinin açılması, fiziki əlilliyi olanlar üçün reabilitasiya mərkəzlərinin yaradılması və s. kimi məsələlərin  gələcəkdə reallığa çevriləcəyi diqqətə çatdırıldı.
      Səfərlə əlaqədar, qarşıda duran vəzifələrlə bağlı tədbirlər planı təsdiqləndi, yığıncaq iştirakçıları adından cənab Prezidentə müraciət qəbul olundu.

Keçidlər